AZ

BBC və Teleqrafın manipulyativ informasiyaları: Reallıq nədən ibarətdir?– ÖZƏL

"Teleqraf və BBC Rus radiosu, ümumiyyətlə, BBC-nin bilərəkdən və məqsədyönlü şəkildə müəyyən informasiyaları yaydığı açıq şəkildə görünür. Məsələ ondadır ki, müasir media dilinə uyğun olmayan ifadələr işlədilir. Məsələn, "müsəlman ölkəsi Azərbaycan" və "ən qədim xristian ölkəsi Ermənistan" kimi təqdimatlar dinlərarası qarşıdurma görüntüsü yaratmağa xidmət edir. Halbuki burada söhbət dini müharibədən yox,  Azərbaycan torpaqlarının işğalından gedirdi.  Azərbaycan işğala son qoyaraq öz torpaqlarını azad edib. Ermənistan xristian dövləti olmasaydı da, biz ona qarşı eyni hüquqi və hərbi addımları atacaqdıq. Çünki beynəlxalq hüquq bizə bu səlahiyyəti verir".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Burada əsas məqam təcavüz anlayışıdır. Təcavüzkar kimdir? Xocalı soyqırımını törədən, Qaradağlı faciəsini yaşadan, Azərbaycanın rayonlarını işğal edən Ermənistan, yoxsa 30 il nəticə verməyən danışıqlardan sonra öz torpaqlarını azad edən Azərbaycan? İngilisdilli Teleqraf əvvəlcə bunu aydınlaşdırmalıdır.

BBC-nin materialına gəlincə, Ruben Vardanyanın oliqarx olduğu və beynəlxalq media qurumlarına maliyyə axıtdığı hər kəsə məlumdur. Onun şəbəkəsi indi də bu işə xidmət edir. Böyük ehtimalla, BBC radiosu da Ruben Vardanyanın "ənamından" öz payını aldığı üçün bu cür ifadələr işlədir.

Bunu da qeyd etmək lazımdır ki, hazırda Bakıda Ruben Vardanyanla bağlı məhkəmə prosesi gedir və hələlik onun haqqında hər hansı məhkumluq qərarı yoxdur. O, tam sərbəst şəkildə özünü müdafiə edir, vəkillə təmin olunub və mövqeyini ifadə edir. Azərbaycan tərəfi də ona qarşı hüquqi arqumentlərini ortaya qoyur. Məhkəmənin yekun qərarı nə olacaq, bunu zaman göstərəcək. Bu, mediada sağa-sola çəkilə biləcək bir məsələ deyil".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr