AZ

Xahiş-minnətlə vəzifəyə gələn baş məşqçi futbolçulara BİABIRÇI  QADAĞALAR qoydu!

Bu ilin yanvarında «Mingəçevir»in sükanı arxasına keçən Füzuli Məmmədov verdiyi yeni qərarlarla komandada hamını hiddətləndirib.

2020-ci ilin noyabrında «Neftçi»dən, 2024-cü ilin mayında «Qaradağ Lökbatan»dan qovulmuş çalışdırıcı indi də I Liqa təmsilçisinə bir sıra əcaib-qəraib «yeniliklər» gətirib.

Bu barədə redaksiyamıza futbolçular məlumat verib.

Bildiriblər ki, F.Məmmədov hər gün səhər saat 08:00-08:30 radələrində futbolçuların qaldığı otelin qapılarını bir-bir döyərək, onları tərəziyə çıxmağa məcbur edir. Kimdə 50-100 qram artıq çəki aşkarlanarsa, ona böyük məbləğdə cərimə yazır.

«Tapış Füzuli» gülməli qadağalar da tətbiq etməyə başlayıb. O, oyunçulara asudə vaxtlarında oteldən kənara çıxmağı yasaqlayıb.

Bütün günü kollektiv üzvlərini şəxsən özü güdür - otel pəncərəsinin pərdəsinin arxasında gizlənərək.

Hələ harasıdır bu?! Xahiş-minnətlə «Mingəçevir»də işə düzələn baş məşqçi futbolçulrının adicə bərbərə getməsinə də məhdudiyyət qoyub.

Hansı biri ondan icazə almadan bərbərə üz tutarsa, yaxud şəhəri gəzməyə çıxarsa, maaşının bir hissəsinin kəsilməsini gözünün altına almalıdır.

Pula görə U-17 yığmasından ayrılaraq, «işıqlar şəhəri»nin yolunu tutmuş F.Məmmədov futbolçuların toplu şəkildə bir yerə yığışmasına, deyib-gülməsinə də yaxşı baxmır.

Öz aralarında nədən danışdıqlarını bilmək üçün 1-2 nəfəri «xəfiyyə» tutub. Vaxtında ona informasiya çatdırmayan oyunçuları düşərgədən qovmaqla hədələyir.

«Mingəçevir»lilər gündəlik həyatlarından kəskin narazı olduqlarını söyləyir. Dediklərinə görə, klubu himayəsinə götürmüş ASTA-nın nümayəndələri yaxın günlərdə Mingəçevirə gələcək.

Futbolçular yeni idarəçilərlə görüşərək, baş məşqçidən şikayətlərini onlara çatdırmaq istəyindədir. Təbii ki, buna şərait yaradılsa.

SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr