Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.

Offsideplus.az xəbər verir ki, yarışın açılış mərasimində öncə iştirakçı ölkələr təqdim edilib.

Ardınca dövlət bayraqları arenanın mərkəzinə gətirilib. Azərbayanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər barədə məlumat verib.

Qeyd edək ki, yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edirlər.

Dünya Kubokunda 19 ölkənin idmançıları qüvvələri sınayırlar.

Martın 9-dək davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

.