Bu il baş tutacaq Klublararası Dünya Çempionatının nə qədər gəlir gətirəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, FİFA turnirdən 2 milyard dollar qazana bilər. Mənbə iştirakçı klubların hesablarına ümumilikdə 1 milyard dollar köçürüləcəyini də diqqətə çatdırıb.
Sözügedən turnir ABŞ-də keçiriləcək. Yarışın 1-ci qarşılaşması iyulun 15-də "İnter Mayami" ilə Misir təmsilçisi "Əl-Əhli" arasında olacaq. Avropa klublarından isə həmin gün "Bayern Münhen" mübarizəyə start verəcək. Almaniya nəhəngi "Oklend Siti" (Yeni Zelandiya) ilə üz-üzə gələcək.
Klublararası Dünya Çempionatının son qalibi "Mançester Siti"dir.
Nihat