ABŞ ilə resurs sazişi imzalansa, Ukrayna müstəmləkəyə çevriləcək.
NOCOMMENT.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində respublikanın keçmiş baş naziri Nikolay Azarov deyib.
“Müqavilə sadəcə köləlik deyil, müstəmləkəçilikdir. Yəni mahiyyət etibarı ilə bu müqaviləni imzalamaqla o (Vladimir Zelenski – redaktorun qeydi “Lenta.ru” ) Ukraynanı müstəmləkəyə çevirir”, – deyə keçmiş baş nazir bildirib.
Ukrayna hökumətinin keçmiş başçısı həmçinin vurğulayıb ki, Vladimir Zelenskinin prezidentlik müddəti başa çatdığından Ukraynada nadir torpaq ehtiyatlarının çıxarılmasına dair sazişin Vaşinqton tərəfindən imzalanması legitim olmayacaq. Onun sözlərinə görə, Kiyevdə hakimiyyət qanuni seçilmiş şəxslərə keçdikdə, onlar bu razılaşmanı hər an pozacaqlar.
Ukrayna lideri daha əvvəl ABŞ üçün əlverişli olan istənilən vaxt nadir torpaq metalları ilə bağlı saziş imzalamağa hazır olduğunu bildirmişdi. O, həmçinin qeyd edib ki, Kiyev ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında işləməyə hazırdır.