AZ

Moskva Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsini NATO-nun münaqişəyə cəlbi kimi qiymətləndirəcək

Moskva Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsində güzəştə yer görmür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada avropalı sülhməramlıların olmasına NATO-nun mövcudluğu kimi baxacaq: “Avropalı sülhməramlıların Ukraynaya göndərilməsi NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə rəsmi cəlb olunması demək olacaq. Bu, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə rəsmi, ört-basdır edilmədən cəlb olunması demək olacaq”.

Lavrov Ukraynaya sülhməramlı kontingent göndərmək üçün toplanan ölkələri maraqlı kampaniya adlandırıb. O, İrlandiya, Kanada və Avstraliyanın adlarını çəkib.

Seçilən
20
2
apa.az

3Mənbələr