Bakıda sürücü "Azpetrol"dan şikayət edib.
Bakıvaxtı.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Sürücü bildirib ki, "BMW" markalı avtomobilinə "Azpetrol"a məxsus yanacaq doldurma məntəqəsindən "Aİ-95" markalı benzin vurub.
Yanacaq doldurduqdan sonra onun avtomobilində nasazlıq yaranıb. Belə ki, yanacaq nasosu sıradan çıxan avtomobil işə düşməyib.