AZ

Putin onu ABŞ-a səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin Aleksandr Darçiyevi ABŞ-a səfir təyin edib.

Publika.az xəbər verir ki, Putinin bu barədə imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub.

Fərmana əsasən Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri və Amerika Dövlətləri Təşkilatının Vaşinqtonda daimi müşahidəçisi təyin edilib.

Darçiyev bundan əvvəl Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru vəzifəsini icra edib.

Seçilən
7
publika.az

1Mənbələr