AZ

Arne Slot: “PSJ-yə qarşı müdafiə olunmaq gərək idi”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyununda 1:0 hesablı səfər qələbəsini şərh edib.

Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyun ərəfəsində mən demişdim ki, biz burada topa nəzarət üstünlüyü saxlamayacağıq. Oyunçularımı qınaya biləcəyim yeganə xüsus odur ki, dörd, beş, altı dəfə biz topla oynamağa çalışdıq, qarşımızda məkan da açılırdı, amma son ötürmə daha dəqiq olmalı idi. Ola bilsin ki, bu, böyük həcmdə müdafiə işindən qaynaqlanan yorğunluqdan irəli gəlir. Uzunmüddətli müdafiə fəaliyyətindən sonra bu, çətin olur.

Əgər Çempionlar Liqasının statistikasına göz yetirsək, bu, PSJ-nin birinci yerdə olduğunu göstərir. Üstəlik, onlar “Atletiko” (Madrid), “Mançester Siti”, “Bayern” və “Arsenal”la oynayıblar. Müvafiq səviyyədə rəqiblərə qarşı oyunlardan sonra ən yaxşı göstəricilərə nail olmaq – bu, çox xüsus haqda danışır.

Bizim üçün burada, onların, azarkeşləri tərəfindən dəstəyi altında işimizin öhdəsindən gələ biləcəyimiz yeganə üsul müdafiə olunmaq idi ki, biz elə, bunu da edirdik. İndi biz ümidvarıq ki, azarkeşlərimiz “Enfild”də bizə kömmək edəcəklər”, deyə Arne Slot vurğulayıb.

Əlavə edək “Liverpul” sözügedən oyunda PSJ-dən statistika baxımından xeyli geridə olub. Buna rəğmən “qırmızılar” oyun ərzində qazandıqları ikicə qol cəhdlərindən birini və rəqib qapısına yeganə qol zərbəsini uğurla gerçəkləşdirərək, vacib səfər qələbəsi qazanıblar.

Cavab oyunu çərçivəsində “qırmızılar” Fransa nəhəngini martın 11-də “Enfild”də qəbul edəcəklər.

Seçilən
38
arena.az

1Mənbələr