AZ

"Barselona" bunu 6 ildən sonra bacardı

"Barselona" 6 ildən sonra UEFA Çempionlar Liqasının 1/8 finalının birinci oyununda ilk dəfə qol buraxmayıb.

Fanat.Az "Barca Universal"a istinadən xəbər verir ki, "blauqrana" bunu Portuqaliyada "Benfika"ya qarşı dünən keçirdiyi matçda bacarıb.

Son dəfə 2019-cu ildə "Liverpul"la (İngiltərə) 1/8 final mərhələsinin ilk matçında qapısını toxunulmaz saxlayan (3:0) "Barsa" cavab görüşündə 4 cavabsız qola üzülmüşdü

Qeyd edək ki, Lissabonda baş tutan görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə Rafinya rəqib qapısından keçirib. Tərəflərin cavab qarşılaşması martın 11-də baş tutacaq.

Seçilən
9
fanat.az

1Mənbələr