AZ

YAP) Sabirabad rayon təşkilatının Əsgərbəyli kənd ərazi partiya təşkilatında iclas keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının Əsgərbəyli kənd ərazi partiya təşkilatında iclas keçirilib.

İclas ilk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iclas Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.

İclasda çıxış edən YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə, Ağadadaş Həsənov, Mirqiyam Məmmədov, Əsgərbəyli ərazi partiya təşkilatının sədri Aysel Vəlizadə, Əsgərbəyli kənd ümumtəhsil məktəbinin müəllimi Yaqub Əmiraslanov, məktəbin şagirdi Mehriban Həşimzadə bildiriblər ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir.

Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Daha sonra iclasda cari məsələlər müzakirə edilib, təşkilati məsələlərə baxılıb.

Sonda YAP-a yeni üzv qəbul edilmiş bir sıra yeni partiya üzvlərinə partiya biletləri təqdim olunub.

Seçilən
48
yeniazerbaycan.com

1Mənbələr