AZ

Almaniya klubları Arda Gülerlə maraqlanır

“Real”ın futbolçusu Arda Güler mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” və “Leypsiq” klubları türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Bundesliqa klubları Ardanı icarəyə götürmək istəyir. Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti oyunçunun icarəyə verilməsinə müsbət yanaşır.

Arda bu mövsüm 29 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Seçilən
15
futbolpress.az

1Mənbələr