Moskva Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsində güzəştə yer görmür...
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada avropalı sülhməramlıların olmasına NATO-nun mövcudluğu kimi baxacaq: “Avropalı sülhməramlıların Ukraynaya göndərilməsi NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə rəsmi cəlb olunması demək olacaq. Bu, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə rəsmi, ört-basdır edilmədən cəlb olunması demək olacaq”.
Lavrov Ukraynaya sülhməramlı kontingent göndərmək üçün toplanan ölkələri maraqlı kampaniya adlandırıb. O, İrlandiya, Kanada və Avstraliyanın adlarını çəkib.
Poliqon.info