AZ

Kreml ABŞ-ni dost ölkə hesab etmir

ABŞ dövlət katibi Marko Rubionun dini baxışları ABŞ-ni Rusiya üçün ortaq dəyərlərə malik dost ölkəyə çevirmir.Missiya.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

"Xeyr, ABŞ indiki məqamda bizə dost olan ölkə deyil. Lakin biz hazırda ikitərəfli münasibətləri canlandırmaq və bərpa etmək üçün çalışırıq. İnsanın dininə gəlincə isə, bu, onun şəxsi hüququdur", - Peskov bildirib.

Bundan əvvəl Rubio alnında Oruc ayının başlanğıcını simvolizə edən küllə işarələnmiş xaçla televiziyaya çıxıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr