Hadisə şahidləri Nyu-Yorkun mərkəzində amerikalı televiziya ulduzu Kim Kardaşyanın görünüşündə yaradılan şişirdilmiş fiquru görüblər. Müvafiq fotoları “WWD” nəşr edir.
Nəşrin yazdığına görə, 44 yaşlı iş qadını tərəfindən yaradılmış “Skims” brendi yeni çimərlik geyimi kolleksiyasının təqdimatı şərəfinə Tayms-skverdə bikinidə nəhəng şişmə kukla quraşdırıb. Yayımlanan görüntülərdə məşhurun 18 metrlik surətinin qolları geri atılmış vəziyyətdə platformada uzandığı görünür.
Qeyd olunur ki, reklam instalyasiyasının konsepsiyasını “Merry Wonderer” kreativ agentliyindən Emi Kule hazırlayıb.
Fevral ayında Kim Kardaşyanın Baham adalarında baş tutan açıq-saçıq çəkilişdə iştirak etdiyi bildirilmişdi.
Almaz Həsənli