AZ

Hərbi təlim zamanı 8 bomba atıldı, 15 nəfər yaralandı

Cənubi Koreya Hərbi Hava Qüvvələri KF-16 qırıcısı hərbi təlim zamanı atış məsafəsindən kənara 8 bomba atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə sərhəddə yerləşən Poçeon şəhərində baş verib.

Nəticədə 15 nəfər yaralanıb. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Mülki əraziyə düşən 8 bombadan yalnız birinin partladığı ehtimal edilir.

Hadisədən sonra kilsə və evlərə də ziyan dəyib. 

Seçilən
27
operativmm.az

1Mənbələr