AZ

Aleksandr Darçiev Rusiyanın ABŞ-dakı yeni səfiridir

BAKI, TurkicWorld

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-a səfir təyin edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Putinin imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub.

Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri və Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçi vəzifələrini icra edəcək.

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında ekspert səviyyəsində danışıqlar aparılıb. Görüşdə Darçiyev və ABŞ Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə müşavir müavini Sonata Koulter iştirak ediblər.

Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, görüşdə hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması və maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazirlik Vaşinqtonun Darçiyevin səfir təyin olunmasına rəsmi razılıq verdiyini də açıqlayıb.

Seçilən
22
turkic.world

1Mənbələr