AZ

Təyyarəyə silahla minmək istədi

Avstraliyanın Melburn yaxınlığındakı Avalon hava limanında bir nəfər silahla "Jetstar" təyyarəsinə minməyə cəhd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Viktoria polisi cümə axşamı saat 14.50-də hadisə yerinə çağırılıb və şübhəlini təyyarəyə minməzdən əvvəl saxlayıb. 

"Jetstar" rəsmiləri təhlükəsizlik pozuntusu ilə bağlı araşdırmaların davam etdiyini bildirib, sərnişinlərin və ekipajın təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıblar. 

Hadisənin Sidney-Avalon reysi zamanı baş verdiyi və şübhəlinin zərərsizləşdirilməsi prosesində uçuş heyətinin rol oynadığı öyrənilib.

Seçilən
38
operativmm.az

1Mənbələr