AZ

Futzal: Rövşən Hüseynli millinin düşərgəsini tərk etdi

Bakıdakı təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb.

Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Xatırladaq ki, daha öncə baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire” klubunun üzvü Fərid Abbasov qatılmışdı.

Federasiyanın yaydığı digər məlumata görə, martın 7-də “Olimpik Star”da millinin KİV üçün açıq məşqi olacaq. Saat 11:40-da baş məşqçi Vitali Borisovun və futzalçıların iştirakı ilə brifinq keçiriləcək, saat 12:00-da start götürəcək məşq prosesinin isə ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də Afinadakı “Dias Sports Hall”da keçiriləcək. Qarşılaşmaya saat 21:00-da start veriləcək.

Seçilən
10
arena.az

1Mənbələr