AZ

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

Marja.az xəbər verir ki, TCMB mart ayı iclasında əsas faiz dərəcəsini 2,50 faiz bəndi azaldaraq 42,5 faizə endirib. 

TCMB inflyasiyanı cilovlamaq üçün repo faiz dərəcəsini 50 faizədək qaldırmışdı. Bank faiz dərəcəsini ötən ilin dekabr ayında 2,50 bənd, 2025-ci ilin əvvəlində də 2,50 bənd azaldılaraq 45 faizə endirmişdi.

Beynəlxalq təşkilatlar da (Morgan Stanley, Goldman Sachs, Deutsche Bank, JpMorgan, Barclays, Citi Bank, BofA) TCMB-nin faiz dərəcəsini 2,50 bənd azaldacağını gözləyirdilər. 

Seçilən
36
marja.az

1Mənbələr