AZ

Azərbaycanda sənayedə təhlükəsizlik sahəsində yeni Texniki Komitə yaradılıb

Ölkədə sənayedə təhlükəsizlik sahəsində yeni Texniki Komitə yaradılıb.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 50) təsis edib.

Operativ Media AZSTAND-a istinadən xəbər verir ki, məqsəd “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının icrası istiqamətində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakıdır. 

Texniki Komitəyə sədrliyi və katibliyin fəaliyyətinin təşkil edilməsini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçiriləcək. Komitənin fəaliyyətində, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri iştirak edirlər. 

Seçilən
49
5
operativmedia.az

6Mənbələr