AZ

"Rusiya-Amerika dialoqunun həqiqətən də Ukrayna müharibəsi kontekstində başlaması çox vacibdir"

Fransanın müdafiə naziri Sebastien Lekornu ABŞ-nin Ukraynaya hərbi göndərişləri və kəşfiyyat dəstəyini dayandırma qərarının sahəyə mənfi təsir edəcəyini ifadə edərək, Rusiyaya qarşı döyüşən ölkə ilə kəşfiyyat məlumatlarını paylaşdıqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ-nin Ukrayna müharibəsinə münasibətini dəyişməsinə toxunan Lekornu bunun ABŞ-nin həmişə yaşadığı təcrid dövrlərinin əksi olduğu fikrini bölüşüb.

Bununla belə Lekornu vurğulayıb ki, Rusiya-Amerika dialoqunun həqiqətən də Ukrayna müharibəsi kontekstində başlaması çox vacibdir.

Seçilən
7
operativmm.az

1Mənbələr