AZ

Kreml: Rusiya ilə ABŞ arasında proksi-müharibəni dayandırmağın vaxtı çatıb

Kreml ABŞ dövlət katibi Marko Rubionun Ukrayna münaqişəsinin Moskva ilə Vaşinqton arasında proksi-müharibəsi olması ilə bağlı sözləri ilə razıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bununla razıyıq. Elədir ki, var. Biz dəfələrlə bu barədə danışmışıq. Demişik ki, bu, əslində, Rusiya ilə kollektiv Qərb arasında münaqişədir. Kollektiv Qərbin isə, əlbəttə ki, əsas ölkəsi ABŞ-dir. Ona görə də burada bu, prezidentimiz və xarici işlər nazirimizin dəfələrlə səsləndirdiyi mövqe ilə tam uyğundur”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov bu münaqişəni və müharibəni dayandırmağın vaxtının çatdığını da vurğulayıb.

Seçilən
14
2
apa.az

3Mənbələr