AZ

"Reyncers"in fanatı İstanbulda öldü

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Fənərbağça" ilə qarşılaşacaq "Reyncers"in azarkeşi İstanbulda dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı Şotlandiya klubunun mətbuat xidməti yayıb.

Qlazqo təmsilçisinin tərəfdarının yol-nəqliyyat hadisəsi zamanı öldüyü bildirilib."Reyncers" bu faciəvi hadisə ilə bağlı həm Türkiyə, həm də Britaniya hakimiyyəti ilə daim əlaqədə olduqlarını bəyan edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Seçilən
16
fanat.az

1Mənbələr