AZ

Rubio da “havalanıb”? - Efirə alnında xaçla çıxdı

Tramp administrasiyasının, Prezident başda olmaqla, əksər üzvlərinin qeyri-adi, bəzən də qeyri-adekvat davranışları artıq adət halını alsa da ABŞ Dövlət katibi Marko Rubio daha təmkinli biri sayılırdı. Lakin o da son addımı ilə hamını təəccübləndirə bilib.

“AzPolitika” xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio “Fox News” telekanalının efirinə alnına xaç şəkli çəkərək çıxıb. Katolik olan Rubionun alnına küllə çəkilən xaç işarəsi katoliklərin “böyük orucu”nun başlanmasını simvolizə edib. Qeyd olunur ki, efirə çıxmazdan əvvəl o, dini mərasimdə iştirak edib və proqrama da orada çəkilmiş xaçla qatılıb…

ABŞ Dövlət katibinin bu jesti internetdə qızğın müzakirələrə səbəb olub. Qeyd edilir ki, bu səviyyəli dövlət adamının və siyasətçinin efirə dini simvollarla çıxması nadir, hətta anormal haldır.

“AzPolitika.info”

Seçilən
18
azpolitika.info

1Mənbələr