AZ

“Nəticə çox ədalətsizdir” – Luis Enrike

PSJ UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda evdə “Liverpul”a məğlub oldu – 0:1.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu görüşdə üstün oyun sərgiləsə də, meydandan məğlub ayrılıb. Matçın ardından PSJ-nin baş məşqçisi Luis Enrike görüşü belə dəyərləndirib:

“Gələn həftə Enfilddə geridönüş edə bilərikmi? Əlbəttə. Biz bunu edəcəyik. Nəticə çox ədalətsizdir. Qapıya bir zərbə vurdular, o da qol oldu. Onların ən yaxşı oyunçusu qapıçı idi. Futbol qəribədir… Mən komandamla fəxr edirəm. “Liverpul”dan daha yaxşı idik”.

Seçilən
6
idmanxeber.az

1Mənbələr