AZ

“Türkiyə lazım gələrsə, Suriyada PKK/YPG-nin nəzarətində olan əraziləri ələ keçirəcək” - Hakan Fidan

“Suriyada PKK/YPG terror təşkilatının fəaliyyətini davam etdirməsinə icazə verilə bilməz”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, PKK/YPG məsələsini həll etmək üçün Dəməşq rəhbərliyinə şans verilməlidir.

“Türkiyə lazım gələrsə, PKK/YPG-nin nəzarətində olan və İŞİD üzvlərinin və onların yaxınlarının qaldığı düşərgə və həbsxanaları da ələ keçirəcək”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr