AZ

Xabi Alonso: “Bayern”ə öz təqsirimizdən məğlub olduq”

“Bayer”in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 1/8 finalının “Bayern”lə ilk oyununda səfər məğlubiyyətini (0:3) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu gün bir çox xüsus bizim əleyhimizə işləyirdi, amma bunda bizim öz təqsirimiz vardı. Biz oyuna nəzarət edə bilmədik və ciddi səhvlərə yol verdik. Bu, əlbəttə, çox qıcıqlandırır. Bu oyunu həzm etmək üçün bizə vaxt gərək olacaq. Amma hər şey hələ bitməyib, hələ başa çatmayıb. Futbolda ən inanılmaz şeylər artıq baş verib, biz isə gələn həftə nəyisə dəyişmək üçün mübarizə aparacağıq”, deyə Xabi Alonso cavab oyununa bel bağladığını vurğulayıb.

Cavab oyunu çərçivəsində “Bayer” “Bayern”i martın 11-də Leverkuzendə qəbul edəcək.

Seçilən
19
arena.az

1Mənbələr