ABŞ vətəndaşı Robert Levinsonun İranda itkin düşməsinin 18-ci ildönümü ərəfəsində “Ədalət üçün Mükafat” proqramı onun oğurlanmasında əli olmaqda şübhəli bilinən iki İran kəşfiyyatçısının həbsi ilə bağlı məlumat qarşılığında 20 milyon dollara qədər mükafat təyin edib.
FTB-nin məlumatlna əsasən, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin rəsmiləri Məhəmməd Bəsri və Əhməd Xəzayi Bob Levinsonun oğurlanması, həbsi və ölümündə rol oynayıblar.
FTB isə Bob Levinsonla bağlı məlumat ötürəcək şəxslərə 5 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.
“AzPolitika.info”