AZ

“İnsanları mənim saatım daha çox maraqlandırır” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan erməniləri hökumətin işindən çox onun qolundakı saatın maraqlandırdığını deyib. 

“AzPolitika” Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan Nazirlər Kabinetinin iclasında əhalinin hökumətin işi, yeni infrastruktur layihələri və s. ilə maraqlanmamasından gileylənib: “Hesab edirəm ki, hökumətin iclasında deyilənlər heç kəsi maraqlandırmır. Hazırda hər kəsi o maraqlandırır ki, Baş nazir hansı saatı taxır, onda nə qədər brilyant qaş var, kim nəyi oğurlayır və sair. Amma bir adama desən ki, biz sizin rifahınızı təmin etmək üçün infrastruktur yaratmışıq, bu, onu maraqlandırmayacaq. Ona görə də səy göstərmək, insanlarla daha çox ünsiyyət qurmaq lazımdır”.

Müxalif media isə bu vəziyyətə görə Paşinyanın özünü günahlandırıb. Belə ki, hələ müxalifətdə olanda Paşinyan əhalini daha çox bu cür şeylərə fikir verməyə çağırırdı.

“AzPolitika.info” 

Seçilən
30
1
azpolitika.info

2Mənbələr