AZ

Ağdərəyə köçən sakin: Bu torpaqlara böyük fəxr hissi ilə qayıtmışıq

Tərtər, 6 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdərə rayonunu tərk edəndə 17 yaşım var idi. Buradan çox çətinliklə, Murov yolu ilə ayaqyalın çıxmışıq. Bu gün isə bu torpaqlara böyük fəxr hissi ilə qayıtmışıq.

Bu sözləri Tərtərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Faiq Mirzəyev deyib.

“Otuz üç ildən sonra doğma torpaqlarımızdayıq. Bunun üçün Prezidentimizə, Ordumuza təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin”, - deyə o bildirib.

Seçilən
19
azertag.az

1Mənbələr