“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, bizə güvəndiklərini göstərir".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın FIFA dərəcəli referisi Elçin Məsiyev deyib.
21 yaşadək futbolçulardan ibarət bu ilin iyununda Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan E.Məsiyev sevincini gizlətməyib: "U-21 Avropa çempionatı əsas milli komandaların qitə birinciliyindən sonra UEFA-nın yığmalar səviyyəsində ən böyük ikinci turniridir. Mən ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Buna görə də qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.
Qeyd edək ki, E.Məsiyevin başçılıq etdiyi hakimlər briqadasına Elşad Abdullayev və Pərvin Talıbov daxildir.