AZ

Agentliyin 2 tenderi eyni səbəbdən ləğv olundu

"Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi" Publik Hüquqi Şəxsinin ümumi dəyəri 170 min manat olan 2 tenderi ləğv olunub.

Valyuta.az xəbər verir ki, ilkin tender nəqliyyat vasitələrinə dövri texniki xidmətinin çərçivə sazişi ilə satın alınması ilə bağlı olub. Ləğv olunmuş tenderin ehtimal olunan qiyməti 103 min 300 manat olub.

İkinci ləğv olunmuş tender isə elektrik avadanlıqlarının sınaq və təftiş xidmətinin satın alınması ilə bağlı olub. Ləğv olunmuş bu tender üzrə ehtimal olunan qiymət isə 66 min 980 manat olub.

Hər iki tenderin ləğv olunmasına səbəb kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Sərvanə Rəmixanova

Seçilən
24
valyuta.az

1Mənbələr