AZ

"Bakı Metropoliteni"ndə yüksək vəzifələrə TƏYİNATLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı Metropoliteni" QSC-də dörd yüksək vəzifəyə təyinatlar olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qurumun Hüquq departamentində şöbə rəisi Babək İsmayılov vəzifəsindən azad edilib. O, Hüquq departamentinin rəis müavini vəzifəsinə təyin olunub.
Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi isə Kənan Quliyevə həvalə edilib. Kənan Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.
Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.
Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub.
Aygün Mirakif
Seçilən
19
oxu.az

1Mənbələr