AZ

“Sərin” restoranında mənşəyi BİLİNMƏYƏN məhsullar aşkarlandı - FOTO

AQTA-dan Ucnoqta.az-a verilən məlumata görə, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

0
0
0
0



Seçilən
129
47
azia.az

10Mənbələr