Bakı, 6 mart, AZƏRTAC
Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə “Fənərbağça” ilə “Qalatasaray” bir-birinə rəqib olub.
1/4 finalın digər cütləri bunlardır: “Trabzonspor” - “Bodrumspor”, “Konyaspor” - “İskəndərunspor”, “Beşiktaş” - “Göztəpə”.
Qeyd edək ki, bu raundun oyunları 1,2 və 3 apreldə olacaq.