"Qalatasaray" və "Fənərbağça" arasında fevralın 24-də keçirilən qarşılaşmadan sonra söz-söhbətlər səngiməmiş cari mövsümün sonundaək bu komandaların iştirakı ilə daha bir derbinin olacağı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, tərəflər Türkiyə Kubokunun 1/4 finalında qüvvələrini sınayacaqlar.

Bir oyundan ibarət bu mərhələnin qarşılaşması "Şükrü Saracoğlu" stadionunda keçiriləcək. Buna səbəb "Fənərbağça"nın qrup mərhələsini 1-ci, "Cim Bom"un isə 2-ci başa vurmasıdır.

İstanbul derbisi aprelin ilk 3 günündə keçiriləcək.

Bu gün gerçəkləşən püşkatmanın nəticələri belə olub:

Türkiyə Kuboku, 1/4 final mərhələsi, 1-3 aprel

"Trabzonspor" - "Bodrum"

"Konyaspor" - "İskenderunspor"

"Fənərbağça" - "Qalatasaray"

"Beşiktaş" - "Göztəpə"