AZ

Tehranda su qıtlığı yaranıb - Hökumət təlaş içindədir

İran hökuməti paytaxt Tehranın anbarlarında suyun səviyyəsinin azalması ilə əlaqədar şəhər əhalisinə müraciət edib. Müraciətdə qeyd edilir ki, ehtiyatların azalmasına görə su istehlakı 20 faiz azaldılmalıdır. 

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Tehran şəhərinin ətraf ərazilərində artıq beşinci ildir ki, quraqlıq hökm sürür. Ötən 5 ildə ətraf ərazilərdə yağıntılar 45 faiz azalıb və buna görə də ehtiyatlar qıtlıq həddinə düşüb. 

 

Bildirilib ki, paytaxtı su ilə təmin edən anbarlarda suyun həcmi azalıb və hava proqnozları quraqlığın gələn il də davam edəcəyini göstərir. Tehranın su ehtiyatları və istehlakında disbalansla üzləşdiyi, bəzi evlərdə gündə adambaşına 500 litr su sərf edildiyi, bunun da standartlardan xeyli yüksək olduğu bildirilib. Bu çərçivədə həddindən artıq sudan istifadə edən abonentlərə ilk növbədə xəbərdarlıq ediləcəyi və yüksək istehlakın davam edəcəyi təqdirdə suyun kəsiləcəyi bildirilib. 

 

Bəsti Rəfizadə
 

Seçilən
28
sfera.az

1Mənbələr