AZ

Göygöldə ölənlərdən biri tələbə imiş - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Göygölün Aşıqlı kəndində 4 nəfər zəhərlənərək ölüb. 

"Unikal"ın məlumatına görə, ölənlərdən 2004-cü il təvəllüdlü Xatirə Hüseynova Gəncə Dövlət Universitetində təhsil alırdı. O, İbtidai sinif müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

Onun həyatını itirən 25 yaşlı bacısı Münəvvər Hüseynova isə müəllim idi.

Qeyd edək ki, onların dəm qazından, yoxsa qida zəhərlənməsindən öldükləri dəqiqləşdirirlir.


Seçilən
18
news24.az

1Mənbələr