AZ

8 Martda gül mağazalarında qiymətlər necə olacaq?

8 Mart qabağı gül mağazalarında qiymətlər bahalaşıb.

Hər il olduğu kimi, bu il də 8 Mart qabağı gül mağazalarında qiymətlər bahalaşıb.

Operativ Media bir neçə gül mağazası ilə əlaqə saxlayıb.

Onlardan bəziləri hazırda təlabatın çox olduğunu və bu səbəbdən yalnız onlayn sifarişləri qəbul etdiklərini bildiriblər. 

Qiymətlər isə aşağıdakı kimidir

1

101 ədəd qızılgül

800 AZN

2

 51 ədəd çəhrayı tülpan

 255 AZN

3

 51 bənövşəyi tülpan

 240 AZN

4

 39 ədəd tünd qırmızı qızılgül

220 AZN

5

⁠ Hortenziya qutuda

400 AZN

6

 Eleqant Buket

 (Qızılgül, hortenziya, xrizantema, proteya və dekorativ çiçəklər) 

 380 AZN

 

Quruda təqdim olunan güllər isə buketlərə nisbətən daha ucuz qiymətə satılır:
 

1

 Sarı, göy və çəhrayı qortenziya 

 50 AZN

2

 15 ədəd sarı tülpan 

 85 AZN 

3

 Basbados qızılgül

 60 AZN

4

 Çəhrayı siklamen

 35 AZN

 

Bundan əlavə 50-60-70 AZN aralığında müxtəlif güllərdən ibarət buketlərdə mövcuddur.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda gül mağazalarında bahalaşma müşahidə olunur: “Bunun isə əsas səbəbi təlabatın artmasıdır. Misal üçün bəzi gül mağazaları bir gülün dənəsini 5-10 manata satırdısa, hazırda dənəsinin qiymətini artırır. Çünki 8 martla əlaqədar gülə təlabat kəskin artıb.

Biz buna görə hansısa bir sahibkara nəsə edə bilmərik. Bu sahədə qiymətləri sadəcə bazar tənzimləyir. Ölkəmizdə n sayda gül mağazası mövcuddur. Hazırda mağazalarda qiymətlər demək olar ki, eynidir. 8 martdan öncə sahibkar da risk edir və xeyli məhsul alır. Və bu məhsulu 2-3 gün ərzində satmaldır. Yoxsa sərmayəsi batmış olacaq".

Seçilən
20
operativmedia.az

1Mənbələr