AZ

Avtomobil zavodunda partlayış: Ölən və yaralananlar var

Yaponiyada zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yaponiyanın Aiçi əyalətində avtomobil şirkətinin nəzdində fəaliyyət göstərən ehtiyat hissələri zavodunda naməlum səbəbdən partlayış baş verib.

Səlahiyyətlilər bir işçinin qəfil ürək tutmasından hadisə yerində öldüyünü, 52 və 44 yaşlı digər iki işçinin isə yüngül xəsarət aldığını bildirib.

Seçilən
20
8
publika.az

9Mənbələr