AZ

Agentlik Lənkəranda ofis axtarır - Ayda 4 min 60 manat ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Lənkəran-Astara Regional Məşğulluq filialı üçün yeni ofis sahəsinin icarəsi ilə bağlı tender müsabiqəsi elan edib.

Valyuta.az xəbər verir ki, tender şərtlərinə əsasən, icarəyə götürüləcək ofis sahəsinin ümumi ölçüsü 400 kvadratmetr olmalı və müqavilə 36 aylıq müddəti əhatə etməlidir. Müqavilənin ehtimal olunan maliyyə dəyəri 146 min 160 manat təşkil edir ki, bu da aylıq icarə haqqının 4 min 60 manat olması deməkdir.

Hazırda Lənkəran-Astara Regional Məşğulluq filialı Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 118 ünvanında fəaliyyət göstərir. Filialın müdiri Harəzmşah Rasim Nəsrəddin oğludur.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi bundan əvvəl də müxtəlif şəxslərdən ofis sahələri icarəyə götürüb.

Seçilən
68
valyuta.az

1Mənbələr