AZ

Avstriya Ukraynaya birbaşa silah tədarükündə iştirak etməyəcək

“Avstriya neytrallıq prinsiplərinə sadiq qaldığı üçün hərbi əməliyyatlarda iştirak etməyəcək və birbaşa silah tədarük etməyəcək".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Avstriyanın vitse-kansleri Andreas Babler Avropa İttifaqının Ukraynaya müdafiə və yardımla bağlı Brüsseldə keçirilən fövqəladə sammiti başlamazdan əvvəl bildirib.

“Bir şey vacibdir: neytrallıq prinsipi. Əlbəttə ki, nəticə verməyəcək şey hərbi əməliyyatlarda birbaşa iştirak və ya birbaşa silah tədarükü olacaq", - vitse-kansler Avstriyanın rolu haqqında danışarkən bildirib.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr