AZ

Nərminə Ramazanova: Bəzi müraciətlər 40-50 dəqiqəyə cavablandırılır

Bakı, 6 mart, AZƏRTAC

Operator bəzi müraciətləri 40-50 dəqiqə cavablandırmalı olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova deyib.

O qeyd edib ki, etik qaydalar pozulmadığı halda operatorla danışıq nəticə əldə olunanadək davam etdirilir: "Etik qaydaların pozulduğu hallar da müşahidə edilib. Məsələn, bir nəfər etik qaydaları pozduğu üçün biz Daxili İşlər Nazirliyinə müraciət etməli olduq. Bundan sonra həmin şəxsin zəngləri dayansa da, sonradan yenə zəng etmişdi, ancaq bu dəfə etik qaydaların pozulması halı yaşanmadı",-deyə N.Ramazanova bildirib.

Seçilən
37
azertag.az

1Mənbələr