AZ

Tayvanda atom elektrik stansiyasında yanğın baş verib

Tayvanda

Tayvanda Maanşan atom elektrik stansiyasında yanğın baş verib, stansiyadan qatı qara tüstü çıxıb. “Ulusum”.az xəbər verir ki, bu barədə Honq-Konqun “Dimsum Daily” nəşri məlumat yayıb.Yerli yanğınsöndürənlər hadisə yerinə çoxlu sayda canlı qüvvə göndərib. Tüstünün səbəbi hələlik məlum deyil.Stansiyanın operatoru Taiwan Power Company hələlik insidentlə bağlı hər hansı rəsmi şərh verməyib.Stansiyadan təxminən bir kilometr aralıda olan şahidlərdən biri nəşrlə söhbətində vəziyyəti həyəcanlı adlandırıb və yanğın mənbəyinin nüvə obyektinin içərisində olduğunu təsdiqləyib.Ölənlər barədə məlumat yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır. Təcili yardım xidmətləri atom elektrik stansiyasında vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün fəal işləyir.Qeyd edək ki, Maanşan Atom Elektrik Stansiyası Tayvanın üçüncü nüvə obyektidir. 1984-cü ildə işə başlayıb.

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində

Florida oğrusu 500 min dollarlıq sırğaları udaraq qaçmağa cəhd edib

Seçilən
20
ulusum.az

1Mənbələr