AZ

HƏMAS: Trampın bəyanatları razılaşma ilə bağlı vəziyyəti çətinləşdirir

"Trampın təhdidləri atəşkəs razılaşması ətrafında vəziyyəti çətinləşdirir və İsraili ona əməl etməməyə təşviq edir".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının nümayəndəsi Hazem Qasım deyib.

O, ABŞ administrasiyasını İsraili mövcud razılaşmalara uyğun olaraq sazişin ikinci mərhələsi üzrə danışıqlara keçməyə məcbur etməyə çağırıb.

"İsrail ikinci mərhələyə başlamaqdan yayındığı halda hərəkat birinci mərhələnin bütün şərtlərini yerinə yetirəcək", - deyə Qasım vurğulayıb.

Qeyd edək ki, ötən gün Tramp HƏMAS-a müraciət edərək  Qəzza zolağında saxlanılan bütün girovları dərhal azad etməyi və ölənlərin cəsədlərini təhvil verməyi tələb edib. Tramp açıqlamasında bildirib ki, hərəkat bu tələbdən imtina edərsə, onun bütün tərəfdarları ölümlə üz-üzə qalacaq.

Gülşən Şərif

Seçilən
22
bakivaxti.az

1Mənbələr