AZ

Yalçın Rəfiyev Qırğızıstan səfiri ilə görüşüb

BAKI,TurkicWorld

Bakı şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə Qırğızıstanın səfiri Maksat Mamıtkənov görüşüb.

TurkicWorld xəbər verir ki, tərəflər Qırğızıstanın dağlıq ərazilərin dayanıqlı inkişafı ilə bağlı təşəbbüslərini müzakirə ediblər.

Xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) illik tədbiri çərçivəsində dağlar və iqlim dəyişikliyi ilə bağlı dialoqun gücləndirilməsi, habelə UNFCCC çərçivəsində "Dağ Tərəfdaşlığı" müzakirə qrupunun genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Eyni zamanda, Azərbaycana 2025-ci il 24-25 aprel tarixlərində Bişkek şəhərində keçirilməsi planlaşdırılan "Dayanıqlı inkişaf üçün qlobal dağ dialoqu/Bişkek+25" beynəlxalq konfransında iştirak etmək üçün rəsmi dəvətlər təqdim olunub.

Yalçın Rəfiyev Azərbaycan hökumətinin Qırğızıstanın dağlarla bağlı təşəbbüslərinin irəlilədilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Seçilən
47
28
turkic.world

10Mənbələr