AZ

"ABŞ ukraynalı qaçqınları deportasiya etməyə hazırlaşır"

Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin məlumatına görə, Ağ Ev ukraynalı qaçqınlara verilən müvəqqəti hüquqi statusu ləğv etməyi planlaşdırır. Bu, onların deportasiyasına səbəb ola bilər.

Tramp administrasiyasının yüksək vəzifəli məmurunun və vəziyyətlə tanış olan digər üç mənbənin məlumatlarına görə, hazırda ABŞ-da Rusiya ilə münaqişədən sonra qaçqına çevrilmiş təqribən 240 min nəfər ukraynalı var. Bu qərar onların tez bir zamanda deportasiya edilməsi ilə nəticələnə bilər.

Artıq aprel ayında belə bir addımın atılması gözlənilir. Mənbələrin məlumatına görə, Tramp administrasiyası 1,8 milyon nəfərdən artıq mühacirin qanuni statusunu ləğv etməyə hazırlaşır. 

Birləşmiş Ştatların keçmiş dövlət başçısı Baydenin dövründə "şərti azad etmə proqramları" çərçivəsində bir qrup şəxslərə ABŞ-a getmək icazəsi və müvəqqəti yaşayış hüququ verilib.

Trampın 20 yanvar tarixli sərəncamı Daxili Təhlükəsizlik Departamentini “bütün şərti azad etmə proqramlarını dayandırmağa” çağırıb.

Hürr Tərcüman

 

Seçilən
7
hurriyyet.az

1Mənbələr