AZ

Azərbaycan-Türkiyə dostluq-qardaşlığının bariz nümunəsi



"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qardaş Türkiyəyə etdiyi hər bir səfər mühüm əhəmiyyət kəsb edir, yadda qalan olur. Bu mənada dövlət başçımızın ötən gün Türkiyəyə etmiş olduğu səfər də bütün parametrlər üzrə uğurlu, yaddaqalan oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Prezidentinin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, hər iki ölkə liderinin müntəzəm olaraq həyata keçirdiyi qarşılıqlı səfərlər Bakı ilə Ankara arasında yeni əməkdaşlıq imkanlarını ortaya çıxarır, ölkələr arasında əlaqələrdə yeni istiqamətlər müəyyənləşdirir:

"Səfər çərçivəsində Igdır-Nazçıvan qaz xəttinin açılışının həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi. Bildiyiniz kimi, Azərbaycanla Türkiyə bir sıra regional və qlobal əhəmiyyətli enerji, nəqliyyat, logistika layihələrində iştirak edir. Həmin layihələr Bakı ilə Ankara arasında enerji sahəsində əməkdaşlığı dərinləşdirmək, inkişaf etdirməklə yanaşı, sosial-iqtisadi inkişafa da öz müsbət təsirini göstərir. Bu mənada Iqdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi təkcə bu bölgənin enerji təminatını yaxşılaşdırmayacaq, eyni zamanda Muxtar Respublikanın sosial-iqtisadi həyatında da özünü göstərəcək".

İlham Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətindən çıxarılmasında qardaş Türkiyənin əvəzsiz rolu olub:

"Ümumill lider Heydər Əliyevin Muxtar Respublikada Ali Məclisə rəhbərlik etdiyi dövrdə Türkiyə ilə Naxçıvanı birləşdirən "Ümid" körpüsünün açılması, qardaş ölkənin Naxçıvana davamlı olaraq yardımlar etməsi hər birimizin xatirindədir. Ötən gün İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi də bütün bu fəaliyyətlərin davamıdır".

Deputat qeyd edib ki, bundan sonra Naxçıvanın qaz təminatı daha etibarlı və təhlükəsiz olacaq:

"Bu həm də Azərbaycan-Türkiyə dostluq-qardaşlığının bir daha bariz nümunəsidir".

Süleyman
Seçilən
8
newscenter.az

1Mənbələr