AZ

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Bakı. Trend:

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlərçərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbivəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumatverilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan vəhəkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminatnövləri ilə təmin olunurlar.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlaratəhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrəməşğələlər keçirilir.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığısəviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinintəkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişafetdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Məqalədə:
Seçilən
12
39
az.trend.az

10Mənbələr